Bakı Uşaq Teatrında “Pəltək cücə”nin premyerası

 

 

 

   Bakı Uşaq Teatrında “Pəltək cücə” tamaşasının premyerası olub. İlhamə Əhmədovanın quruluşunda təqdim edilən tamaşa türk nağılı əsasında hazırlanıb.

   Tamaşada məqsəd uşaqlarda qüsuru olanlara gülməməyi, onlara qayğı ilə yanaşmağı aşılamaqdır. Səhnə əsərinin musiqi tərtibatçısı Mahir İbrahimli, xoreoqrafı Könül Şahbazova, mahnıların mətn müəllifi Rəfael Muradxanlıdır.

  

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.6.