Qazax Dram TeatrındaBəxtsiz cavan

 

 

 

   Qazax Dövlət Dram Teatrında Ə.HaqverdiyevinBəxtsiz cavanfaciəsi əsasında yeni tamaşa hazırlanıb. Görkəmli ədibin 1900-cü ildə qələmə aldığı əsəri bu gün üçün aktualdır. Əsərin baş qəhrəmanı təhsil almış, elmli, mütərəqqi fikirli, xalqına fayda vermək istəyən maarifçi gənc Fərhaddır. O, nadanlığın, cəhalətin, dar, məhdud dünyagörüşün əleyhinə olaraq savadsız camaatın gözünü açmaq, elm maarifi təbliğ etmək istəyir. Bu isə onunla əks mövqedə dayanan əmisi Hacı Səməd ağanın xoşuna gəlmir...

   Ə.Haqverdiyev Fərhad obrazının timsalında gəncləri elmli, savadlı, mübariz, vətənpərvər ziyalı kimi görmək istəyirdi. Tamaşa teatrın repertuarında əvvəllər də oynanılıb.

   Rejissor Allahverdi Musayevin yeni quruluşdamusiqi tərtibatında hazırladığı tamaşada Hacı Hacıyev, Səyalı İsmayılova, İlqar Hacəliyev, Arif Almədədov, Aydın Orucov, Nəsimi Aşbazov, Yusif Həsənov rol alıblar. Quruluşçu rəssam Səyyat Məmmədov, rejissor köməkçisi Məlahət Vəliyevadır.

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.6.