“Səmimiyyətin qəm nuru

 

 

 

   Görkəmli kinoaktyor, Xalq artisti Rasim Balayevin yaradıcılığına həsr olunmuş kitab çapdan çıxıb. “Səmimiyyətin qəm nuru” adlı kitabın müəllifi professor İlham Rəhimlidir. Müəllif aktyorun zəngin ekran yaradıcılığının poetika səciyyələrini, onun estetik prinsiplərini elmi-nəzəri təhlil süzgəcindən keçirib. Aktyorun yaradıcılığında parlaq sənət nailiyyətləri sayılan Nəsimi (“Nəsimi”), Babək (“Babək”), Beyrək (“Dədə Qorqud”) rollarının yaradıcılıq prinsipləri maraqlı forma-üslubda təhlilə çəkilib.

   Kitabda aktyorun müxtəlif filmlərindən kadrlar, digər fotoları verilib.

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.15.