Əməkdar artistin beynəlxalq festivalda növbəti uğuru

 

 

 

   Gənc Tamaşaçılar Teatrı Rusiyanın İvanovo vilayətinin Kineşma şəhərində keçirilənHərarətli ürəkklassik rus dramaturgiyası III Beynəlxalq teatr festivalında iştirak edir.

   Aprelin 22-də festivalda Əməkdar artist Şövqi Hüseynovun təqdimatında N.QoqolunDəlinin qeydlərimonotamaşası A.N.Ostrovski adına Kineşma Dram Teatrının səhnəsində nümayiş olunub.

   Festival tarixində ilk dəfə olaraq Gənc Tamaşaçılar Teatrı xarici ölkə teatrı kimi öz ana dilində səhnədə çıxış edib. Azərbaycan dilində monotamaşa maraqla qarşılanıb. Ş.Hüseynov festivalın “Ən yaxşı kişi ifaçısı” nominasiyasına layiq görülüb.

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.3.