Teatrlarda “Bakı-2017” üçün xüsusi repertuar

 

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı IV İslam Həmrəyliyi Oyunları çərçivəsində xüsusi repertuarla çıxış edəcək. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında tamaşaçı qismində iştirak edəcək qonaqlar üçün dünya dramaturgiyasının ən məşhur nümunələri ilə yanaşı, Azərbaycan milli dramaturgiyasından da seçmələr təqdim olunacaq. Bu sıraya M.F.AxundzadəninMüsyö Jordan dərviş Məstəli şah”, Ə.HaqverdiyevinPəri cadu”, H.CavidinŞeyx Sənan”, M.MakdonaxınYalqız Qərb”, “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, L.NureninMən gəldim, qızlar” (“Müharibə”) U.Şekspirin “Romeo Cülyettaəsərlərinin tamaşaları daxildir.

   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb. Teatrın mətbuat xidmətindən bildirilib ki, teatr beynəlxalq tədbirlə bağlı xüsusi repertuar planı hazırlayıb. Sənət ocağının repertuarında olan C.Məmmədquluzadənin “Ölülər”, N.V.Qoqolun “Müfəttiş”, A.SaqarelininXanuma”, İ.Əfəndiyevin “Boy çiçəyi”, H.Mirələmovun “Vəsiyyət”, ElçininŞekspir”, E. de FilipponunSilindr”, B.NuşiçinNazirin xanımı” və başqa tamaşalar müvafiq olaraq rusingilis dillərində subtitrlərlə əcnəbi qonaqlara, turistlərə və nüfuzlu beynəlxalq tədbirin iştirakçılarına təqdim olunacaq.

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.9.