Şahdağ Turizm Mərkəzində uşaqlar üçün yay düşərgəsi

 

 

   Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən Şahdağ Turizm Mərkəzində iyulun 18-dən sentyabrın 10-dək uşaqlar üçün yeddigünlük yay düşərgə proqramı təşkil olunacaq.

   Şahdağ Turizm Mərkəzindən bildirilib ki, proqram çərçivəsində keçiriləcək dərslər xaricdən dəvət olunmuş yüksəkixtisaslı və bu sahədə zəngin təcrübəyə malik müəllim heyəti tərəfindən ingilis dilində aparılacaq. 11-14 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş düşərgədə uşaqlar daim nəzarət altında olacaqlar.

   Qeyd edək ki, ilk dəfə təşkil olunanŞahdağyay düşərgəsi beynəlxalq mühitdə öyrənmə prosesini təmin edərək, uşaqlara müxtəlif növ maraqlı əyləncələr arasından seçim etməyə şərait yaradacaq.

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.11.