Etno-bioqrafikbiblioqrafiya”...

 

 

 

   Xalq qəzeti”nin əməkdaşı, Əməkdar mədəniyyət işçisi, “Zərdabi”, “Qızıl qələm” təltifatçısı, üçillik tələbə, qırx yeddi illik həyat dostum və... hər gün-günaşırı görüşdüyüm Əlipənah Bayramova “Həyatım, mühitim” kitabıyla ilgili

                                                      M Ə T B U M Ə K T U B

  

   Gün aydın, əfəndim!

   əgər, hər gün-günaşırı görüşdüyümüz halda (habelə kommunikativ imkanların ayaq açıb yürüdüyü bir dövrdə), jurnalistika təsərrüfatımızınsual oluna bilərritorikası ayağındannədən məhz məktub?” təəccübü yaşasan, bunun səbəbi-“əmma”sını özündə gör...

  

   Nədən ki, qadam, sən biz dostlarının bir sıra fərdi-ictimai hal-hərəkət fəaliyyətlərimizlə bahəm, Tanrının özməzlum” ( bir az da ədəb-irfani) bəndələrinə lütfi-qənimətlərindən olan ( bu kitabın çap xərcini çəkən) Səfərov Qənimət dostumuzun hərdən cəmlədiyi məclislərdə geniş tostyaradıcılığımızüzərində qatı bir senzorluq edir, barəndə deyilən tərif-təqdirlərə özünəməxsuskişmişi-bişmişigülüşlərinlə istehzalanıb, öz halal-haqqın olan öygü-sevgi nitqlərimizi alayarımçıq kəsirsən...

   Beləliklə, böyük elm, sənət, mədəniyyət xadimlərimiz ... indilərin gözündən bir xeyli düşmüş əmək (əql-aqili baxımdanəppək”!) qəhrəmanlarımızla çox maraqlı müsahibələr məhəlli-çəpəriçi”likdən xali ləzzətli nəsil-şəcərəvimemuar”dan ibarət bu kitabından xeyli geniş danışmaq fürsətim...

  

   Öncə milli-məfkurəviliyindən

  

   Bəri başdan qeyd edim ki, sən, bu kitabçün seçdiyin müsahiblərinə verdiyin dipdiri sorğu-suallarla həmsöhbətlərini Qələmin bütün ədəbi-bədii-publisistik imkanları daxilində təqdim etməklə bahəm, “sətir-xatir”ə almadan yaratdığın xəyalat ab-havalarıyla, həyat səhnəsinin bu seçkin ( sənədli) obrazlarını çox həssas, duyğusal bir rejissor-aktyor tandemliyilə vizuallaşdırmısan da. Məsələn, gör sən M.C.Cəfərovla necə bir paritet müsahiblik aurası yaradıbmışsan ki, dünyanın çox bərk üzlərini görmüş (deməli, emosionallıq-sentimentallıqboşluq”larından xeyli xali) akademik, Cümhuriyyətin göndərişilə Türkiyədə təhsil alıb qayıtmış say-seçmə 25 nəfər naxçıvanlı gəncin 1925-ci il gecələrinin birində həbs edilib bir daha geri qayıtmadıqları faktındanməşhur-məşum 37-38 aktları”na keçmək istərkənUnuda bilmədiyim belə xatirələrin hamısını danışsam, Sizi çox kədərləndirə bilərəm” - deyərək susub...

   Hələ o dövrün (əslində, əsrin!)biyabırçı faktlarındanolan - vur-tut 12 yaşlı Abbas Zamanovu (bir danosbazınbelə olmaz axı, “kulak” oğlu uşaq evində asudə yaşayırməktubu səbəbilə) MK katibi Əliheydər Qarayevin qəbuluna çağırtdırmasını, səhnə sənətimizə canlı həyat gətirmiş Nəsibə Zeynalovanınsənədnəqliliyini, poeziyamızı büsbütün təbiətləşdirmiş Musa Yaqubun nəsri qənaətlərini, milyonçu Şəmsi Əsədullayevin ABŞ-da yaşayan nəvəsi Züleyxa xanımın düşüncə-daşıncalarını əsl publisistikbişirim”lər vasitəsilə müstəqil Azərbaycan oxucularına müqəddəs VƏTƏNCİLLİK təlqinlərin...

   hələ (qəzetçiliyinəlifbatələblərindən olanhəcmprobleminə görə) burda qeyd edə bilmədiklərim!..

   Maraqlıdır, sənin uzun illərHəyatım, mühitimrubrikası altında dərc etdirdiyin “37-38” yaralı yazılarının sayı da 38!..

  

   Bir az da şəxsimənafe”liyindən...

  

   Demə, sənin (tələbə-tələbeşqinin əlatandem”lərindən Əli Şamil İsrafil Qurbanovun) ovaxtların tək elə rəsmi dövlət universitetinin yox, həm qeyri-ordinar böyük milli-ictimaiÇöluniversiadası Müəllimlərindən Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Mir Cəlal kimi nəhənglərin məlumideoloji cızıqdanxaricdərslərinin, hərdən müdriklərə müraciətən, “ağırmühazirələrin gözünə qatdıqlarıBabəkin ayaqlarını kəsdilər, lakin həm ona bütün dünyanı gəzəsi şöhrət ayağı verdilər”, “Dostlar - üzvlərini özümüz seçdiyimiz bir ailədirkimiədviyyat”ların fərqinə bizdən fərqli varmağın da elə-belədən deyilmiş. Həminvarma”ların - köhnə ədəbi ibarəylə desək, “inikasını günümüzü sarmış ticari (“...alanlar bilər”) təbirlərdən biriylə davam etsək, faydasını bu kitabı oxuyanlar görə bilə bilər...

   Diqqətinə bunu da çatdırım ki, Sən (öz dədə-babavari ağır-ağsaqqallığın, “diktat” tələb-təpingənliyinlə gözümüzün odunu hələ tələbəlikdən almağınbəs deyilmişkimi) sonralar bizim ictimai-etik davranış, işgüzari irəli-geriləmələrimiz üzərində məsul-məsum bir böyük qardaş hamiliyi, sərtvalideyn”i bir nəzarət edirdin. Bu qəbil yüzlərlə misaldan (“közü öz qabağına çəkməkməsəlinə hədəf olsam da) ikiözəl”ini xatırlatmaq istərdim. Məzunluğumuzun ikinci ili ovaxtkıƏdəbiyyat incəsənətqəzetində dərc edilən (əvvəli xalvar-xalvar tərif, sonu dinar-dinar tənqid olanTənqid biblioqrafiya”laraTərif bülbüloqrafiya”) parodiyamı məşhurMəmmədəlikababxanasında uşaqlara (bu da birparodiyaki, mənsiz...) bahalı bir qonaqlıq verməkləyudun”, iki-üç gün sonra isə, küçədə bir ağsaqqala cavab qaytardığıma görə, üç-dörd gün üzümə baxmadın...

   Buxəntərə ciddi, “köhnə kişiola-ola, dostlarla hər rastlaşma-xudafizləşmədə- bütün problemlərini unudub, qeyri-adi bir energetika iləyumoristik”ləşən əziz ariz ƏliPƏNAHIMIZ! Ərz edim ki, sənin bu ciddi kitabın haqdakı tamamilə sərbəst, ərkjanr”lı bu resenziv-“biblioqrafiya”mı elə o... “o mehriban, o əziz tələbəlik illəriab-havasıyla - tər-təbəssümi bir haşiyeyi-xitabla davam etmək istər könül...

   Məsələn, ey özavtoqraf”ında məniTələbəlik illərinin unudulmaz anlarını birlikdə yaşadığımız dostum...” deyə qələmə vermiş qardaşım, bəyəm o “unudulmaz”lıq qənimətləri bu həyat-mətbuat-dostluqat dünyasına Sənin kimi universal təəssübkeş bir övlad bəxş etmiş qəni-qəni rəhmətliklərin - Gülbala Kişinin yalnız elə bazar səxavətliliyi bu kitaba qədər adını “Ana” bildiyimiz Nanə Xanımınimkansız tələbə dostlarına aşbazılığı”ndanmı ibarət?!.

   Nəysə... Yox, hərdən öz məşəqqətli həyat yaşantılarından şipşirin folklorik-etnoqrafik vitaminli kəlmə-kəlamlarla etdiyi ləzzətli söhbətlərinə “Bu dünya baqidi-baqi, hara çəksən - gedər ayaqiməsəlilə xülasəsindən sonra ( “ay uşağlar, başuuzi çox ağrutdum, indi gedəy kefüüz isdiyən aşxanada dişüüzi ağrıdımsözlərindən əvvəl) işlətdiyi akkord-ifadə: -

  

   Əlqərəz”...

  

   Eşitdim on-on beş gün öncə, böyük nəvələrinlə növbətiev diskusiyasızamanı ulu Mirzə CəlilinAnamın kitabıəsərini onlaramilli-irfani bir ağıkimi təqdim-təlqin edirkən büsbütün kövrəlmiş, elə bu heynidə qucağındakıHəyatım, mühitim”in ağırlığı altında səntirləyə-səntirləyə otağa girən 3 yaşlı Farizi (tələbəliyimizdə tez-tez bizi qələmduel”inə çağıran rəhmətlik Rüstəmov Farizimizlə dual nəvəni) görüb gülümsünmüş kiminsəbalası, o qucağındakı nədi eləsualına o uşağın fəxrləBabamın kitabı!” cavabına, lampasöndürəsi bir şaqqanaq çəkibsən...

   Bilirəm, əfəndim, sənin müdrikanə utancaqlıq fon-tonlu o şaqqanağın bu kitabın təsadüfən cari diskussiya predmetiləalternativ”ləşdirilməsindən yana, bir çox mental nəsnələri urvatdan salınmış bu dünyadaöz dağarcığını çuvallar cərgəsinə çəkən”lərin öz məhəlli matahlarını ümummilli ədəbi-mədəni-mənəvi meyarlarla arbalaşdırma cəhdlərinə rəğməndir. Çox güman ki, sənin hərtərəfli davamçın olası o cocuqsa, hələlik gün kimi günahsız...

   Nəhayət, indilərin ( sonsuz gələcəklərin) bütün halal-ümmət qələmçi dədə-babalarına bu tonallıq-polifoniklikdə gülüşlər, maddiyyatca bəxtli, ictimai-xəlqi ünsiyyətcəbəxtsiz cavan”larına Sən nam-nişanlı dostlar tələbəlik illəri”nin antonimi olanqocalıq sənələri”ndə unudulmaz anlar yaşamaq arzu-murazlı:

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.13.