Beynəlxalq Rostropoviç festivalı başa çatdı

 

 

   Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə paytaxtımızda keçirilən IX Beynəlxalq Mstislav Rostropoviç festivalı aprelin 27-də başa çatıb.

   23 apreldə başlanan beynəlxalq festivalın son iki gününün konsertləri Heydər Əliyev Sarayında gerçəkləşib.

   Aprelin 26-da Rusiyanın Əməkdar kollektivi - D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri bədii rəhbər, SSRİ Xalq artisti Yuri Temirkanovun dirijorluğu ilə konsert proqramı təqdim edib. Pianoda solist Vadim Rudenkonun çıxış etdiyi gecədə Sergey RaxmaninovPyotr Çaykovskinin əsərləri səsləndirilib.

   Aprelin 27-də isə Sankt-Peterburq Akademik Simfonik Orkestri (solist Sergey Doqadin - violin) klassik musiqi həvəskarlarına daha bir yaddaqalan gecə bəxş edib.

   Xatırladaq ki, budəfəki Mstislav Rostropoviç festivalına daha iki tanınmış kollektiv - “Vyana-BerlinKamera orkestri və “Drezden Ştaatskapellaorkestri qatılmışdı.

 

Mədəniyyət.- 2017.- 28 aprel.-S.2.