Azərbaycanlı rejissorun tamaşası “Daşkənd baharı” festivalında

 

 

 

   Əlişir Nəvai adına Daşkənd Dövlət OperaBalet Teatrında “Daşkənd baharı - 2017” IV Beynəlxalq operabalet festivalı keçirilir. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın operabalet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edirlər.

   Builki “Daşkənd baharı”na Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının solisti, Əməkdar artist Afaq Abbasova da qatılıb.

   Festival çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərovun rejissoru olduğu C.VerdininTraviata” operası nümayiş edilib. Tamaşada RusiyaGürcüstan artistləri də iştirak edib.

   Xatırladırıq ki, Daşkəndə getməzdən əvvəl Firudin Səfərov 14 il Azərbaycan Dövlət OperaBalet Teatrının baş rejissoru işləyib, Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib. Tanınmış rejissor 40 ilə yaxındır ki, Daşkənddə çalışır.

 

Mədəniyyət.- 2017.- 28 aprel.-S.4.