Uşaq xor kollektivlərinin respublika müsabiqəsində son dinləmə

 

    

 

   Aprelin 26-da Qara Qarayev adına Mərkəzi incəsənət məktəbində Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsi iştirakçılarının son dinləməsi keçirilib. Müsabiqənin öncəki dinləmələri Ağcabədi, Ağdaş, Bərdə, Şəki, Lənkəran, Gəncə və Sumqayıtda gerçəkləşib.

   Müsabiqədə müxtəlif xarakterli, ikidaha çox səsli (o cümlədən a capella daxil olmaqla) dörd əsər ifa olunur. Hər məktəbin proqramına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları daxildir.

   Xor kollektivlərinin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilir və sonda Qran pri, I, II yer və III yerlər üzrə qaliblər müəyyənləşəcək. Müsabiqədə həmçinin laureatların xormeysterləri və konsertmeysterlərinə fəxri fərmanlar təqdim olunacaq.

 

 

Mədəniyyət.- 2017.- 28 aprel.-S.5.