“İrəvanda xal
qalmadı” yeni quruluşda
təqdim olunacaq
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı şair-dramaturq Hidayətin İrəvan həqiqətlərini əks etdirən “İrəvanda xal qalmadı” tarixi dramını yeni quruluşda və redaktədə təqdim edəcək. Teatrdan bildirilib ki, tamaşanın premyerası mayın 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baş tutacaq.
Əsər
ötən əsrin 80-ci illərində Azərbaycanın tarixi şəhəri olan
İrəvanda yaşayan həmvətənlərimizin
milli zəmində
qarşılaşdıqları repressiya və
çətinliklərdən bəhs edir.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı
Nicat Mirzəzadədir. Rolları
Əməkdar mədəniyyət işçisi
İftixar Piriyev,
Əməkdar artist Vaqif
Kərimov, aktyorlar Əjdər Zeynalov, Əhliman Ərşadlı, Niyaməddin
Səfərəliyev, Emin Sevdiməliyev,
Əmrulla Nurullayev, Rövşən Cəfərov,
Ceyhun Əliyev, Şəbnəm Cəbrayılova
və başqaları ifa edəcəklər.
Mədəniyyət.- 2017.- 28
aprel.-S.6.