Çimərlik turizmi
üzrə işçi qrupun
ilk iclası keçirilib
Ölkə başçısının 30 mart 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət işçi qrup yaradılıb.
Aprelin 26-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə İqtisadiyyat, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri və müstəqil ekspertlərdən ibarət işçi qrupun birinci görüşü keçirilib.
Görüşdə çimərliklərdəki mövcud problemlərin aradan qaldırılması istiqamətində uzun və qısamüddətli planların tətbiqi və yaradılması planlaşdırılan özəl və ictimai çimərliklərin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
Nazim Səmədov çimərlik turizmi ilə bağlı standartın müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunduğunu deyib.
Tədbirlər
Planının icrası çərçivəsində
qısamüddətli tədbirlər kimi ilkin olaraq çimərliyin
tənzimlənməsi üçün
qanunvericiliklə bağlı layihələrin və mövcud olan çimərliklərin
bazasında hər bir rayon
üzrə nümunəvi pilot çimərliklərin
yaradılması təklif olunub. İşçi qrupu
tərəfindən pilot layihələr
vasitəsilə yaradılan çimərliklərin təsdiq edilmiş standarta uyğun fəaliyyətinin təmin edilməsi
planlaşdırılır.
Mədəniyyət.- 2017.- 28
aprel.- S.8.