Azərbaycanlı yazıçının kitabı Amerikada nəşr olunub

 

 

 

   Yazıçı Vaqif Sultanlının seçilmiş əsərlərindən ibarət «Kor düyün» («A Blind Tie. Selected Works») kitabı Amerika Birləşmiş Ştatlarında (Rossendale books, Raleigh, NC, 2017) nəşr olunub.

   Kitaba müəllifin «İnsan dənizi» romanı, «Ölüm yuxusu» povesti, hekayələri daxil edilib. Nəfis tərtibatda çapdan çıxan 400 səhifədən ibarət kitabı Cavid Abbasov ingilis dilinə tərcümə edib, redaktoru Maykl Brannokdur.

   Qeyd edək ki, bu, Vaqif Sultanlının ingilis dilində oxuculara təqdim olunan ilk kitabı deyil. Yazıçının əsərləri Britaniya, ABŞ Danimarkada nəşr olunub, habelə onun tərtibatında (İrəc İsmaeli ilə birlikdə) «Müasir Azərbaycan nəsri» antologiyası (2012) «Müasir Azərbaycan nəsri» antologiyası (2014) ingilisdilli oxuculara təqdim edilib.

   Müəllifin yaradıcılığında xüsusi yer tutan «İnsan dənizi» romanında sovet siyasi rejimində məhkum olduğu ölüm cəzasından qurtularaq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb.

   Real hadisələrlə şərti-metaforik üslubun qovuşuğunda təsvir olunan «Ölüm yuxusu» povestində isə məzarlığın köçürülməsi problemi insanların sosial-mənəvi həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır.

   Kitaba yazıçının «Səhər dumanı», «Vətən», «Mağara», «Qütb gecəsi», «Kor düyün» və digər hekayələri daxil edilib. Kitabı www.amazon.com saytından sifariş yolu ilə əldə etmək olar.

 

Mədəniyyət.- 2017.- 28 aprel.- S.15.