Elim üçün şirin candan keçərəm mən...”

 

 

   Ədəbiyyat tarixində qələmini süngüyə çevirən, vətəninin müdafiəsinə qalxan vətənpərvər şairlər çox olub. Belə qələm sahiblərindən biri ünlü türkmən şairi Seyidnəzər Seydidir.

   Şair haqqında qaynaqlarda müfəssəl məlumat azdır. Əsasən şeirlərindən onun barəsində məlumat əldə edilib. Araşdırmalarda qeyd edilir ki, şair 1768-ci ildə Türkmənistanın Qarabəkirli rayonunun Lebab-Lamma kəndində dünyaya göz açıb. Onun ailəsi o bölgədə geniş tanınan Ensarilər tayfasındandır. S.Seydi Həbib xocanın açdığı molla məktəbində oxuyub, Qurani-Kərimi mükəmməl öyrənib. Sədi ŞirazininGülüstan”, “Büstankitablarını mütaliə edib.

   Şairin gənclik illəri çox qarışıq bir dövrə təsadüf edib. Bölgə uzun müddət Səfəvilər dövlətinə tabe olub. Onlar bu ərazilərdən çəkildikdən sonra əyalətdə feodal ara müharibələri baş verir. Bu səbəbdən doğma kəndi gah Buxara əmirliyinin, gah da Xivə xanlığının tabeliyinə keçir.

   Lebab bəyləri cəsur oğulları torpaqları uğrunda cəsarətlə döyüşsələr , düşmənə qalib gələ bilmirlər. Şair bu başa çatmayan müharibədən təsirlənərəkQal indişeirini qələmə alır:

  

   Bir atadan, Mətih, yalnız qardaşım,

   Bixəbərsən düşman alıbdır daşım.

   Naçar əməkdaşım, Oraz bibisən,

   Eşitsən, yas tutub qara gey indi.

  

   S.Seydinin ədəbi yaradıcılığında məhəbbət mövzusuna, demək olar ki, rast gəlinmir. Bu da onunla bağlıdır ki, şairin şahidi olduğu müharibələr səngiməyib, tez-tez hakimiyyət dəyişikliyi baş verib. Bu üzücü müharibələrdən xilas olmaq üçün qələmini süngüyə çevirib. Elin igid övladlarını səfərbər olmağa, düşmənə tabe olmamağa mübarizəyə səsləyən şeirlər qələmə alıb. Şairin yaradıcılığı bir növ dastan yaradıcılığını xatırladır. Vətənpərvər Seydi üçün ana yurdu uğrunda vuruşmaq ölmək önəmli məsələyə çevrilir. ŞairBəylərşeirində yazır:

  

   Vətən üçün çıxdım Qırat üstünə,

   Ta canım çıxınca, dönmərəm, bəylər!

   Elim üçün şirin candan keçərəm mən,

   Düldül minib, qanad bağlar uçaram mən.

  

   O, şeirlərinin çoxunda özünü silahdaşlarını Koroğluya, daha çox Qacar pəhləvanlarına bənzədir. Seydi ömrünün çox hissəsini at belində döyüşlərdə keçirir. Müəllifin şeirlərindəkikeçərəm candan”, “qanad bağlar uçaramkimi ifadələr onun müharibə, qan tökmək hərisliyindən yox, vətəninə bağlılığı sədaqəti ilə bağlı olub.

   S.Seydinin Lebab elləri Buxara əmirliyinə tabe olduğu zaman əmir Mirheydərin yeritdiyi siyasət xalqda narazılıq yaradır. Buna görə lebablılar əmirə qarşı çıxırlar. Lakin bu etiraz kütləvi xarakter almır. Şair bir şeirində əmir Mirheydərə qarşı vuruşan lebablı Soltanniyaz bəyi tərifləyib, ancaq onun tərəfini saxlayan Qahharqulu bəyi kəskin tənqid edib.

   Bu məhəlli ara savaşından cana doyan Ensarilər tayfası Lebabdan Xivə xanlığına köçür. Bu köçün ağrısı-acısı şairin şeirlərində öz əksini tapır o, “Lebab, xoş indişeirini qələmə alır:

  

   Sakar xalqı ilə Ensarı olmuş,

   Biz getdik, sən qaldın, Lebab, xoş indi.

   Kimi ağlar getdi, kimi gülüb,

   Kimi çəkmiş dürlü əzap, xoş indi.

   Seydi deyər, indi tükəndi sözüm,

   Gediniz, sizləri görməsin gözüm...

  

   Şair Xivə xanlığının qədim Mərv (indiki Marı) bölgəsinə köçür. Dostu şair Zəlilinin yaşadığı Qaraqala kəndində məskunlaşır. Ancaq onun bu kənddə günü xoş keçmir. Maddi cəhətdən güzəranı gündən-günə ağırlaşır. Ona himayədarlıq edən şair Zəlili Xivə xanı Məhəmmədrəhim tərəfindən 7 illik həbs cəzasına məhkum edilir. Şairin həbsi böyük narazılığa səbəb olur. Bütün bunlar Seydinin yaratdığı bədii nümunələrdə yer alıb.

   Şairin günümüzə gəlib çatanQaldın, xoş indi”, “Dönməm, bəylər”, “Olduğu vardır”, “Ensarının igidləri”, “Qoçaqlar”, “Gəlin”, “İgidlər”, “Görülsün indi”, “Çıxıb gedəlim”, “Biçarə olub gəldik”, “Qarı səvaba”, “Dövranı vardır”, “Mübarək olsun”, “Dövrandan ayrıldıq s. şeirləri bədii dəyərinə, məzmuna görə bu gün öz əhəmiyyətini saxlamaqdadır.

   Vaxt gəlir, bölgədə Qacarların hakimiyyəti zəifləyir mərkəzi hakimiyyətdən qopmalar baş verir. Yaranmış şəraitdən istifadə edən şair Qarrıqala türkmənləri ilə birlikdə Qacarlara tabe olmaqdan boyun qaçırır. Qacar sərkərdəsi Əhmədalı Mirzə ilə Qarrıqala türkmənləri arasında döyüş baş verir. 1830-cu ildə döyüşlərin birində şair həlak olur.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 28 aprel.- S.15.