“Yapışmışdım bu dünyadan...”

 

 

   Şəkidə tanınmış şairin xatirəsi anılıb

  

   Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət mərkəzində rayon ədəbi mühitinin görkəmli nümayəndəsi, şair, tədqiqatçı folklorşünas Abbas (Əmbala) Bəxtiyarova həsr olunmuş “Yapışmışdım bu dünyadan, etibarın bilə-bilə” adlı xatirə gecəsi keçirilib.

   Şairin sənət dünyası və yaradıcılığı ilə bağlı çıxışlar dinlənildikdən sonra onun “Həsrətim”, “Üzünü sıxma köksümə”, “Azərbaycan milli mətbəxi bayatılarda” və digər kitablarında yer alan poetik nümunələr səsləndirilib. Tədbir maraqlı konsert proqramı ilə davam edib.

   Sonda qonaqlar şairin həyat və yaradıcılığını əks etdirən videoçarxonun kitablarından ibarət sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2017.- 2 avqust.- S.11.