Əməkdar artist Mərdan Feyzullayev vəfat edib

 

   Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Respublikanın Əməkdar artisti Mərdan Feyzullayev 2017-ci il avqustun 13-də ömrünün 58-ci ilində vəfat etmişdir.

   Mərdan Feyzullayev 1959-cu il fevralın 3-də Şəki şəhərinin Kiş kəndində anadan olmuşdur. 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil almışdır.

   1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi yaradıcılıq yoluna qədəm qoyan M.Feyzullayev, 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləmişdir. Şəki teatrında M.F.AxundzadəninHacı Qarakomediyasında Xudaverdi, U.Şekspirin “Romeo Cülyettafaciəsində Paris, K.Çapekin xəstəlikəsərində Professor, K.MorlonunBöyük Teymurləngtarixi dramında Çingiz xan s. obrazlar yaratmaqla yanaşı, həmçinin C.MəmmədquluzadəninDəli yığıncağıDanabaş kəndinin məktəbi”, H.Cavidinİblis”, N.Dumbadzenin bayraqlar”, M.BulqakovunUstad Marqarita”, B.Vahabzadənin “Dar ağacı”, Ə.NesininSən Qara deyilsən”, İ.DrutseninKürən yabı”, Ç.AytmatovunƏsrə bərabər gün”, AnarınTəhminə Zaur”, M.Bayciyevin “Duel”, V.SəmədoğlununYayda qartopu oyunu”, S.VurğununVaqiftamaşalarına maraqlı quruluşlar vermişdir.

   Mərdan Feyzullayev 1999-cu ildən Moskvada yaşayırdı. Moskva şəhərində fəaliyyət göstərən «Dərviş» Azərbaycan teatrının direktoru bədii rəhbəri idi. Sənətçi Moskvada “Na Perovskoy”, Simonov adına dram teatrlarında, “Kölgə”, Komediya, “Zümrüd quşuteatrlarında müxtəlif səhnə əsərləri (E.FedotovunMoskvasayağı reinkarnasıya”, Ə.NesininÖldür məni, əzizim!”, S.Vannusun “O şah, ya qeyrisi”, S.MrojekinSerenada”, R.KiplinqinFil balası”, E.ŞvartsınKralın yeni libası s.), eləcə DərvişTeatrında M.F.AxundzadəninLənkəran xanının vəziri”, ElçininŞekspir”, B.VahabzadəninGülüstan”, Ü.HacıbəylininArşın mal alan”, N.GəncəvininLeyli Məcnun”, C.MəmmədquluzadəninAnamın kitabıkimi janr etibarilə rəngarəng tamaşalar hazırlamışdır.

   Mərdan Feyzullayevin xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

   Allah rəhmət eləsin.

  

Mədəniyyət 2017.- 23 avqust.- S.10.