Ankarada beynəlxalq festivaldaAzərbaycan gecəsi

 

 

             Ankaranın Etimesqut Bələdiyyəsinin təşkil etdiyi 14-cü Beynəlxalq Anadolu Günləri Mədəniyyət Sənət Festivalı çərçivəsində ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi iləAzərbaycan gecəsitəşkil olunub. Gecədə səfirliyin əməkdaşları, diaspor nümayəndələrimiz, azərbaycanlı tələbələr, Ankara ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

   Festivalın keçirildiyi böyük meydanda səfirliyin təşəbbüsü iləAzərbaycan eviqurulub. Burada ölkəmizin mədəniyyəti, incəsənəti tarixi ilə bağlı nəşrlər, digər təbliğat vasitələri nümayiş etdirilib. Festival iştirakçılarına "İrs-Miras" jurnalı, türk dilində nəşr olunmuş "İlham Əliyev" "Heydər Əliyev" kitabları təqdim olunub. Qonaqlar Azərbaycan milli mətbəx nümunələrinin dadına baxıblar.

   Tədbirdə iştirak etmək məqsədilə Ankaranın Etimesqut rayonu ilə qardaşlaşmış Azərbaycanın Şirvan şəhərindən gəlmiş musiqi rəqs ansamblının çıxışı festival iştirakçılarına xoş anlar yaşadıb. Gecədə ifa edilənÇırpınırdın, Qara dənizmahnısı festivala toplaşmış minlərlə insanın hərarətli alqışları ilə qarşılanıb. Gecədə Azərbaycan səfirliyinin müşaviri Ramil Qurbanov Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış ediblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı iki qardaş ölkənin münasibətlərinin hərtərəfli inkişafında özünü göstərir.

 

Mədəniyyət  2017.- 23 avqust.- S.16.