Moskvada musiqi texnologiyalar festivalı

 

 

   Avqustun 24-dən MoskvadaSynthposiumadlı musiqi texnologiya festivalı başlayıb. Avqustun 27-dək davam edəcək festival çərçivəsində açılacaq sərgidə 50-yə yaxın müstəqil dünya brendi öz texnologiyasını təqdim edəcək.

   Bu festival, hər il musiqi sahəsində olan innovasiyalar aparıcı səs mühəndisliyinin əyləncəli maarifləndirici formada təqdim olunduğuMutekSonar+Dfestivallarının Rusiyadakı davamıdır.

   Tədbirin musiqili hissəsinə 150 yerli xarici ifaçı qatılacaq. Həmçinin əsas qonaq qismində isə, bir çox şirkətlər üçün musiqi bəstələmiş, hazırda isə “Google” şirkətinin səs layihələrinin rəhbəri Riçard Devayn iştirak edəcək.

   Festivalın maarifləndirici proqramı çərçivəsindəİlk sovet sintezatorunun atasıkimi tanınmış Vladimir Kuzmin ilə görüş keçiriləcək. Həmçinin iştirakçılarKorgşirkətinin sintezatorlarını layihələndirən Tatsuya Taxakasinin leksiyasına qatıla biləcəklər. Eyni zamanda britaniyalı yazıçı bəstəkarların məsləhətçisi, elmi-fantastik filmlər üçün musiqi bəstələyən Metyu Suitin məruzəsi dinləniləcək.

  

Mədəniyyət  2017.- 25 avqust.- S.15.