Ukraynada heykəltəraş soydaşımız təltif olunub

 

   Ukrayna Prezidenti Pyotr Poroşenko ölkəsinin tanınmış ictimai-siyasi xadimlərinin mükafatlandırılması barədə fərman imzalayıb.

   Ukraynanın dövlət quruculuğu, sosial, elmtexnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov da var. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.

   Heykəltəraş bildirib ki, ona verilən mükafat Azərbaycan dövlətinə, xalqına olan münasibətdən qaynaqlanır: “Ukraynada çalışdığım dövrdən həmişə Azərbaycanın adını uca tutmuşambundan sonra da uca tutacağam”.

   Qeyd edək ki, S.Qurbanov 1962-ci ildə Şərur rayonunun Siyaqut kəndində anadan olub, Ukraynanın Xalq rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır.

 

Mədəniyyət  2017.- 30 avqust.- S.2.