“Məhəbbət əfsanəsi” Başqırdıstan səhnəsində

 

   Oktyabrın 21-də Rusiya Federasiyası Başqırdıstan Dövlət OperaBalet Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş olunacaq.

   Səhnə əsərinin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar incəsənət xadimi German Kimdir.

   Xatırladaq ki, “Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad OperaBalet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrı) reallaşıb. Musiqisi, parlaq xoreoqrafiyası əsəri balet sənətinin daim arzulanan repertuar örnəklərindən birinə çevirib.

 

Mədəniyyət  2017.- 30 avqust.- S.2.