Emin Sabitoğlu yaradıcılığında teatr kino musiqisi

 

 

   Muzeydə yubiley tədbiri keçirilib

  

   Noyabrın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birlikdə görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

   Emin Sabitoğlu yaradıcılığında teatr kino musiqisiadlı tədbir bəstəkarın qızı, musiqişünas, professor Ceyran Mahmudovanın yaxından iştirakı ilə təşkil edilib.

   Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Muzeyin şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat yaradıcılığı haqqında danışıb.

   Teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, musiqişünas, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə Emin Sabitoğlu yaradıcılığında teatr kino musiqisi haqqında danışıblar.

   Xalq artistləri Amaliya Pənahova, Yalçın Rzazadə, Hacı İsmayılov, bəstəkarın həyat yoldaşı, müğənni Xədicə Abbasova Emin Sabitoğlu haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Şair-publisist Fəxrəddin Meydanlı bəstəkara həsr etdiyi şeirini oxuyub.

   Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları Səidə Şərifəliyeva, Almaz Ələsgərova, Svetlana Bulax, Telnaz Hüseynova, Nadejda Paveliçina, musiqiçilər Arzu Ələsgərli, Emin Həsənov, Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hüseyn Bakılı, tələbələr Valeriya Hüseynzadə, Məlik Məmmədov, konsertmeysterlər Zəhra Babanlı, Amin NovruzovAkif İsgəndərlinin iştirakı ilə Emin Sabitoğlunun filmlərə və teatr tamaşalarına yazdığı musiqilərdən ibarət konsert proqramı təqdim olunub.

   Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Azərbaycan Dövlət Teatr Muzeyinin arxiv materialları əsasında hazırlanmış videoçarxslayd-şou nümayiş olunub.

 

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.4.