Ümid” tamaşasının premyerası olub

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Dövlət Pantomima Teatrında “Ümid” tamaşasının premyerası keçirilib.

   Tamaşanı Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, paytaxtın mədəniyyət müəssisələrinin rəhbərləri, teatrsevərlər izləyiblər.

   Tamaşada II Dünya müharibəsi zamanı Yaponiyanın XirosimaNaqasaki şəhərlərinə atom bombardmanından sonra fəlakət qurbanlarının həyatı əks olunub.

   Tamaşanın rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, rolların ifaçıları isə əməkdar artistlər Nargilə Qəribova, Bəhruz Əhmədli və aktyor Vüsal Rzasoydur.

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.4.