Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş tədbir

 

 

   Noyabrın 29-da AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsi Kürdəmir şəhər Səyavuş Paşayev adına 6 saylı orta məktəbi ilə birlikdə Azərbaycan ədəbiyyatında romantizm cərəyanının görkəmli nümayəndəsi, böyük şairdramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirib.

   Tədbiri şairinŞeyx Sənan” dramının tamaşasından “Kor ərəbin mahnısı” (bəstəkar Fikrət Əmirov) əsərinin sədaları altında giriş sözü ilə açan filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı H.Cavidin yaradıcılığından, faciəli həyatından bəhs edib.

   Məktəbin dil-ədəbiyyat müəllimi Flora Yaqubova ədibin həyatı və irsi haqqında məruzə edib. Şagirdlər şairin əsərlərindən parçalar səsləndiriblər. Məktəbin direktoru Elmira Şıxəliyeva tədbirin muzeydə keçirilməsinin şagirdlər və müəllimlər üçün səmərəli olduğunu qeyd edib. Tədbirdə akademik Rafael Hüseynovun ssenarisi əsasında çəkilmiş “Qayıdış” filmindən kadrlar nümayiş etdirilib.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 1 dekabr.- S.7.