“Azərbaycanfilm” kinostudiyasında ustad dərsləri təşkil olunub

 

 

   Almaniyanın kino sənayesi şirkətinin nümayəndələri təcrübələrini bölüşüblər

  

   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bu il yaranmasının 100 illiyini qeyd edən, kino-media sənayesi sahəsində məşhur olan Almaniyanın ARRI (Arnold & Richter Cine Technik) şirkətinin nümayəndələri tərəfindən ustad dərsləri keçirilib.

   Kinostudiyadan verilən məlumata görə, tədbirdə təcrübəli rejissoroperatorlarla yanaşı, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti də iştirak edib.

   Ustad dərslərində rəqəmsal kameralar və obyektivlər barədə müzakirələr aparılıb, eyni zamanda iştirakçıların böyük marağına səbəb olan “ARRI ALEXA Mini” kamerasının nümayişi və sınağı təşkil olunub.

 

 

Mədəniyyət.- 2017.- 6 dekabr.- S.8.