Astaralı balaca rəssamlar beynəlxalq sərgiyə hazırlaşır

 

 

   Astara Dövlət Rəsm Qalereyası Çexiya Respublikasında keçiriləcək “Lidice-2017” 46-cı Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisinə dəvət alıb.

   Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Firudin Quliyevin qalereyada rəhbərlik etdiyi rəssamlıq dərnəyində 30 uşaq sərgiyə səylə hazırlaşırlar. Uşaqların əl işi müsabiqə yolu ilə seçilərək beynəlxalq sərgidə nümayiş olunmaq üçün xaricə göndəriləcək.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 8 dekabr.- S.6.