Ustad sənətkarın 70 illik yubileyi qeyd olunub

 

 

   Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Aşıqlar Birliyi və AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin təşkilatçılığı ilə rayon Mədəniyyət evində Əməkdar mədəniyyət işçisi, ustad sənətkar, zurnabalaban ifaçısı Rasim Ələsgərovun 70 illik yubileyi keçirilib.

   Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı və qonaqlar ustad haqqında ürək sözlərini söyləyiblər.

   R.Ələsgərov 1947-ci ildə Şamaxının Məlhəm kəndində doğulub. 1969-cu ildən Xaqani adına rayon Mədəniyyət evinin bədii rəhbəri işləyib, indiŞirvanfolklor ansamblına başçılıq edir. 1976-cı ildə Moskvada keçirilən ümumittifaq festivalın laureatı olub. 1989-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Müxtəlif illərdə sənətkarın sorağı Türkiyə, İran, Misir, Rusiya, Bolqarıstan, Yunanıstan və s. ölkələrdən gəlib. Azərbaycan Radiosunun fondunda onun 50-yə yaxın lent yazısı qorunur. Rasim Ələsgərovun sənət yolunu oğlu Rəhman və nəvəsi Fəqan davam etdirirlər.

  

   Soltan

 

Mədəniyyət.- 2017.- 8 dekabr.- S.13.