Muzeydə xatirə tədbiri

 

 

   Dekabrın 12-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

   Tədbiri giriş sözü ilə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Muzeyin elmi işçisi Əzirə Abdullayeva “Heydər Əliyev - Azərbaycan xalqının ümummilli liderimövzusunda çıxış edib.

   Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Sevda Mahmudova Qara QarayevinDo minor prelüdü ifa edib. Sonra bəstəkar Vasif Allahverdiyevin "Heydər Əliyev - ömür yolu" simfonik poeması əsasında rejissor Nazim Əkbərovun çəkdiyi film nümayiş olunub.

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.2.