İçərişəhərdə gənc rəssamların əsərləri sərgilənəcək

 

   Yanvarın 25-də “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyasında rəsm sərgisi açılacaq. “Start” layihəsi çərçivəsində gerçəkləşəcək sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunacaq.

   Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan qrup sərgisinin kuratoru Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubdatexnikada işlənən rəngkarlıq, qobelen və heykəltəraşlıq nümunələri nümayiş olunacaq.

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.3.