“Dağılaraq zirvələrə doğru qalxırıq”

 

 

   Dekabrın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisi açılacaq.

   Mərkəzdən bildirilib ki, sərgi müxtəlif mədəniyyətlərin tarixini və monumentallığını, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətdə olan münasibətlərini araşdırır. Ekspozisiyada rəssamlar Reza Arameşin, Vaciko Çaçxianinin, Yan Fabrın, Qoşka MatsuqaStefen Q.Rodsun əsərləri nümayiş olunacaq.

   2018-ci il fevralın 18-dək davam edəcək sərginin kuratorları tanınmış rəssam Suad Qarayeva-MalekiBjörn Geldhofdur.

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.3.