Lənkəran teatrının truppası İrandan qayıdıb

 

 

   Xəbər verdiyimiz kimi, Lənkəran Dövlət Dram Teatrının truppası dekabrın 1-dən 6-dək İranın Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq Gənclər Teatr Festivalında iştirak edib. Kollektiv festivalda gənc yazıçı Pərvin NurəliyevanınDəcəl keçiəsərinin tamaşasını göstərib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanmış tamaşa maraqla qarşılanıb.

   Teatrın direktoru Tofiq Heydərov səfər təəssüratını bizimlə bölüşdü:

   - Festivalda bizimlə yanaşı, Almaniya, İtaliya, Fransa, Rusiya, Cənubi Koreya, Danimarka Türkmənistandan, eləcə İranın ayrı-ayrı vilayətlərindən ümumilikdə 30-a yaxın teatr kollektivi iştirak edirdi. Dekabrın 5-də festivalın tamaşa səhnəsi bizim ixtiyarımıza verildi. Həmin günDəcəl keçitamaşasını üç dəfə təqdim etdik. Hər dəfə nümayiş anşlaqla keçdi. İranlı sənətsevərlər öz rəğbətlərini sürəkli alqışlarla ifadə edirdilər. Onu da deyim ki, aktyorlarımız Qızılgül Quliyeva, Əbülfəz Axundov, Niftulla Əsgərov, Təranə Fərəcova, Sayad Əliyev, Emin Fərzullayev, Ülkər Quliyeva Nizami Qurbanov öhdəsinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər. Tamaşa haqqında İranın müxtəlif informasiya vasitələrində, radio televiziya kanallarında məlumatlar verildi.

   Festival günlərində truppamız Həmədan vilayətinin Mədəniyyət İrşadi İslam Baş İdarəsinin rəhbərliyi tərəfindən qəbul olundu. Qəbul zamanı Azərbaycan-İran mədəni əlaqələrinin yüksələn xətlə inkişaf etdiyi xüsusi qeyd olundu.

   Həmçinin Rusiyanın, İranın, Almaniyanın, Cənubi Koreyanın teatr kollektivləri ilə görüşərək, gələcəkdə sənət mübadiləsi imkanları barədə söhbət etdik. Bu festival truppamız üçün həm təcrübə imkanı oldu. Biz digər ölkələrdən olan həmkarlarımızdan çox şey görüb-götürdük.

   Festivalın bağlanış mərasimində teatrımızın truppası münsiflər heyəti tərəfindən təşəkkürnamə xatirə hədiyyələri ilə mükafatlandırıldı.

   Fürsətdən istifadə edib Mədəniyyət Turizm Nazirliyinə Lənkəran Şəhər İcra Hakimiyyətinə festivala getməyimizdə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm.

  

   Ağaddin Babayev

   Lənkəran

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.10