Filarmoniyada tanınmış bəstəkarın yubileyi qeyd edilib

 

 

   Dekabrın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

   Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək Sərdar Fərəcovun milli musiqimizin inkişafında xidmətlərindən, yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar peşəkar musiqinin müxtəlif janrlarında bir-birindən gözəl əsərlər yaradıb. O, kamera-instrumental, vokal, vokal-simfonikxor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də teatr tamaşalarına və filmlərə musiqilərin müəllifidir. Qeyd edilib ki, bəstəkarın əsərləri ölkəmizdə və xaricdə müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib.

   Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov yubilyarı təbrik edərək ona təşkilatın xatirə medalını təqdim edib, gələcək yaradıcılığında uğurlar arzulayıb.

   Yubiley gecəsi konsert proqramı ilə davam edib. Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri yubilyarın musiqilərini - “Koroğlusimfonik freskası, “Şah Xətaisimfoniya-dastan, “Sonsuzluq karvanıoratoriyasından hissələr başqa əsərləri səsləndirib.

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.12.