Görkəmli tarzən Tehranda ustad dərsləri keçəcək

 

   Azərbaycanın Xalq artisti, ustad tarzən Ramiz Quliyev Tehranın Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçəcək.

   Bu barədə məlumat verən universitetin rektoru Susan Tağıpur bildirib ki, dekabrın 16-da və 17-də keçiriləcək ustad dərslərində tələbələrlə yanaşı, gənc müəllimlər də iştirak edəcəklər.

   Dekabrın 21-də və 22-də isə Tehranın “Vəhdət” Mədəniyyət Sarayında Ramiz Quliyevin konserti olacaq. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.3.