Füzuli teatrında “Qış möcüzəsi”

 

   Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə “Qış möcüzəsi-3” adlı şou-proqramla uşaqları sevindirəcək. Dekabrın 18-dən yanvarın 10-dək Horadiz şəhərində teatrın binasında, həmçinin rayonun işğaldan azad olunmuş kəndlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə təqdim olunacaq proqramın ssenari müəllifi teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, ədəbi hissə müdiri Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinovdur. Hazırda teatrda “Qış möcüzəsi-3” adlı şou-proqramın məşqləri gedir.

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.3.