Kinozaman” kitabı çapdan çıxıb

 

   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Kinozaman” kitabı nəşr olunub.

   Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin müəllifi olduğu kitab müxtəlif janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətindən bəhs edir. Kitabda Azərbaycan kino tarixi sistemli şəkildə əksini tapıb.

   Kitab mütəxəssislər, incəsənət sahəsində təhsil alan tələbələr, kinosevərlər üçün nəzərdə tutulub.

   “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan kitabxanalara paylanılacaq.

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.4.