Neft çəlləkləri üzərində rəsm əsərləri

 

 

   Dekabrın 13-də İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında “H.E.Art” adlı rəsm sərgisi açılıb. İsveçrə və onun təbiətinə həsr edilən sərgi bu ölkənin Azərbaycandakı səfirliyi və “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə reallaşıb.

   Təşkilatın rəhbəri Dadaş Məmmədov qeyd edib ki, layihədə Amerika, İngiltərə və Azərbaycanı təmsil edən rəssamlar iştirak edir: “Bu, ekoloji layihədir. Rəssamlar işlənmiş neft çəlləkləri üzərində maraqlı sənət əsərləri yaradırlar. Sonra həmin çəlləklərin içərisinə ağac əkərək sərgiləməklə yanaşı, şəhərimizin yaşıllaşmasına töhfə verəcəyik”.

   Tədbirdə iştirak edən İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder layihənin önəmindən danışıb. Qeyd edilib ki, layihənin bir əhəmiyyəti də azərbaycanlı və isveçrəli rəssamların əməkdaşlıq etməsidir.

   Sərgi yanvarın 10-dək ziyarətçilər üçün açıq olacaq.

  

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.6.