Nağıllara səyahətmüsabiqəsi elan edilib

 

   Mədəniyyət Turizm Nazirliyinin fəaliyyətinin prioritetlərindən biri olan uşaq yeniyetmələrin mütaliəsinə dəstək vermək məqsədilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Nazirliyin təşəbbüsü təşkilati dəstəyi ilə uşaqların kitabxanalara kitaba marağının artırılması məqsədiləNağıllara səyahətmüsabiqəsi elan edilib. Müsabiqəyə informasiya dəstəyiniVışkaqəzeti həyata keçirir.

   Müsabiqənin ilk 20 sualı qəzetin noyabrın 24-30 tarixli nömrəsində dərc edilib. Viktorina iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə uşaqlara dünya xalqlarının nağıllarından 20 sual, ikinci mərhələdə isə Azərbaycan uşaq ədəbiyyatından 20 sual təklif ediləcək.

   Qaliblərə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən yaradılanAzərbaycan ədəbiyyatının virtual kitabxanası”ndan istifadə həmin kitabxanaya istədikləri kitabların daxil edilməsi üçün sifariş vermək imkanı yaradılacaq. Bundan başqa, müsabiqənin ilk üç qalibi gələn il 80 illik yubileyini qeyd edəcək qəzetə ödənişsiz abunə olacaq.

   Müsabiqənin sualları ilə bu linkdə tanış olmaq olar:

 

http://mct.gov.az/az/medeniyyet-xeberleri/usaqlarin-kitabxanalara-ve-kitaba-maraginin-artirilmasi-meqsedile-nagillara-seyahet-musabiqesi-elan-edilib

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.15.