Musiqi məktəbinin müəllim və şagirdlərinin yubiley konserti

 

   Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Bülbül adına Orta-ixtisas musiqi məktəbinin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Konsertdə məktəbin Nəfəs alətləri şöbəsinin müəllim və tələbələri çıxış ediblər.

   Proqramda A.QlazunovunRaymonda” baletindən “Antrakt”, A.VivaldininKonsert”, S.ProkofyevinYumoreska”, A.Piatsollanın “Libertango”, R.Şumanın “Romans”, F.MendelsonunKonsert pyesi”, M.RavelinAlborada”, T.Quliyevin “Zibeydə” və başqa əsərlər ifa olunub.

   Tamaşaçılar qarşısında Xalq artisti, professor Müzəffər Ağamalızadə, əməkdar artistlər Fuad İmanov, İlqar Hacıyev, Əməkdar mədəniyyət işçisi Zaman Həsənov, müəllimlər Rza Abbasquliyev, İlqar Hacıyev, Əminə Zülfüqarova, Anar Məmmədov, Aslan Aslanov, Nicat Məmmədov və şagirdlər qaboy, klarnet, fleyta, faqot, arfa, tranbon alətlərində müxtəlif musiqi nömrələri ifa ediblər.

  

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.3.