Sevən Molla Pənah Vaqif sevilir

 

 

   Ağsuda rayon Mədəniyyət mərkəzi Mərkəzi kitabxananın təşkilatçılığı ilə görkəmli şair Molla Pənah Vaqifin 300 illiyi münasibətiləSevən Molla Pənah Vaqif seviliradlı tədbir keçirilib.

   Tədbirdə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Cavanşir Şeydazadə şairin həyat və yaradıcılığı, ölkə başçısının müvafiq sərəncamı ilə Vaqifin 300 illik yubileyinin yüksək səviyyədə keçirilməsi, həmçinin UNESCO və TÜRKSOY miqyasında qeyd olunmasından danışıb. Şairlər Maarif Şikar, Günel Şıxəliyeva, Eyvaz BayramovYusif Məmmədov söz ustadına həsr etdikləri şeirlərini söyləyiblər. Vaqifin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.14.