Cahangir Novruzov Türkiyədə mükafata layiq görülüb

 

 

   Azərbaycanın tanınmış teatrkino aktyoru, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Novruzov Türkiyədə “XVII Direklerarası Seyirci Ödülləri” teatr mükafatına layiq görülüb.

   C.Novruzov Adana Böyükşəhər Bələdiyyə Teatrında səhnələşdirdiyi A.P.Çexovun kiçik dram əsərlərindən ibarət “Ah, bu evlilik...” tamaşasına görə mükafatlandırılıb. Mükafat Adanada keçirilən mərasimdə sənətkara təqdim olunub.

   “Direklerarası Seyirci Ödülləri”nin qalibləri “Xalq jürisinin qərarı ilə müəyyənləşir. “Xalq jürisinin üzvləri 2016-2017-ci il teatr mövsümündə Türkiyənin bir sıra şəhərlərinin teatrlarında səhnəyə qoyulan tamaşaları izləyərək qalibləri seçiblər.

   Xatırladaq ki, Cahangir Novruzov ötən teatr mövsümündə “Teatr üçün zəhmət mükafatı”na layiq görülmüşdü. 1995-ci ildən Türkiyədə yaşayan soydaşımız 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədr müavinidir.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.16.