Caz-muğamın korifeyi

 

 

   Özbəkistan saytı Vaqif Mustafazadəni yad edib

  

   Özbəkistanın podrobno.uz portalında Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı Vaqif Mustafazadə haqqında rus dilində “Əfsanəvi Azərbaycan cazmeni, caz-muğamın korifeyi” adlı material verilib.

   Məqalədə Vaqif Mustafazadənin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Diqqətə çatdırılır ki, V.Mustafazadənin ilk uğuru 1956-cı il mayın 30-da filarmoniyada böyük dirijor və bəstəkar Niyazinin rəhbərliyi ilə Mendelsonun fortepiano ilə konsertinin birinci hissəsini ifa etməklə başlayır. Vurğulanır ki, 1977-ci ildə o, “Muğamcaz qrupu yaradır, Gürcüstanın “Oreroqrupunun, Bakıda “Sevilvokal instrumental ansamblının rəhbəri olur. “Tallin-66”, “Tallin-67”, “Caz-69 Bakıfestivalları, “Tbilisi-78” caz festivalı Vaqif Mustafazadəyə böyük uğur gətirir. 1979-cu ildə Monakoda keçirilən birinci caz kompozisiyaları beynəlxalq müsabiqəsində isə V.Mustafazadə birinci mükafata royal”a layiq görülür.

   Qeyd edək ki, öz ifası və musiqisi ilə milyonların qəlbini fəth edən Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə dünyasını dəyişib.

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.5.