Müslüm Maqomayev gənclərin ifasında”

 

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti M.Maqomayevin 75 illik yubileyinə həsr olunmuşMüslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib.

   Tədbirdə məktəbin direktoru Gülşən Quliyeva çıxış edərək, M.Maqomayevin yaradıcılığı haqqında, onun adını daşıyan təhsil ocağının fəaliyyəti və nailiyyətləri barədə danışıb.

   Baş idarənin rəis müavini Nazim Əliyev və Musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva müsabiqə iştirakçılarına uğurlar arzu ediblər.

   Müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin vokalestrada ifaçıları iştirak ediblər. Müsabiqənin əsas şərtlərindən biri dahi M.Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.

   Onların ifalarını Əməkdar artist, Bakı Musiqi Akademiyasının müəllimləri - professor Gülnaz İsmayılova, Yevgeniya Məmmədova və Dmitri Babayev qiymətləndirib.

   Qaliblərin təltifolunma mərasimi və qala-konsert dekabrın 27-də M.Maqomayev adına məktəbdə keçiriləcək.

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.3.