Vaqifin 300 illik yubileyi Şimali Kiprdə qeyd olunub

 

 

   TÜRKSOY-unŞimali Kiprdə fəaliyyət göstərən Doğu Akdəniz Universitetinin (DAU) birgə təşkilatçılığı ilə XVIII əsr Azərbaycan poeziyasının parlaq siması Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan mərasim keçirilib.

   Mərasimdə TÜRKSOY-un baş katibi, professor Düsen KaseinovDoğu Akdəniz Universitetinin prorektoru, professor Cem Tanovanın çıxışları dinlənilib. Tədbirin DAU-da təşkil olunmasını yüksək dəyərləndirən natiqlər türkdilli xalqların görkəmli şəxsiyyətlərinin tanıdılmasını türk dünyasında həmrəylik çağırışı kimi qiymətləndiriblər.

   Sonra Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, professorlar Cahangir NovruzovVüqar Sultanzadə Molla Pənah Vaqifin həyatı və yaradıcılığından danışıblar. Diqqətə çatdırılıb ki, Vaqifin əsrarəngiz poeziya yaradıcılığının və siyasi fəaliyyətinin əsasında onun fitri istedadı və yüksək intellekti dayanıb.

   Məlumat verilib ki, Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamı əsasında çoxsaylı tədbirlər təşkil olunub, şairin əsərləri nəşr edilib. Bundan başqa, 2017-ci iliMolla Pənah Vaqif ilielan edən TÜRKSOY-un təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda və digər türkdilli ölkələrdə silsilə mərasimlər, kitab təqdimatları keçirilib.

   Molla Pənah Vaqifin həyat və fəaliyyətini, poeziya irsini əks etdirən sənədli filmin nümayişindən sonra tələbələr şairin şeirlərini oxuyublar.

   Çıxışçılara və tələbələrə TÜRKSOY-un diplomları təqdim olunub.

 

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.3.