Bayram bayrama qovuşanda...

    

 

   Ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2017-ci il ölkəmizin mədəni irsini, incəsənətini, turizm imkanlarını dünyaya tanıdan mühüm tədbirlər, festivallar, sənət bayramları, sərgi və konfranslarla yadda qaldı. Bu il də Azərbaycanda bir sıra beynəlxalq səviyyəli tədbirlər, forumfestivallar keçirildi.

   İslam həmrəyliyi ili”ndə Azərbaycanın paytaxtı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi, bu vəsilə ilə xalqımızın zəngin mədəniyyəti, qonaqpərvərliyi bir daha dünyaya nümayiş etdirildi. Biz də qəzetimizin səhifələrində ilin mədəniyyət və turizm mənzərəsini, uğurları, problemləri dolğun şəkildə işıqlandırmağa çalışdıq...

   ...26 ildir ki, xalqımız, bütün dünyada yaşayan soydaşlarımız ilin son gününü ikiqat bayram əhvalında yaşayırlar. 1991-ci ildən təqvimimizə daxil olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni ilin qarşılanmasını bizim üçün daha da anlamlı edir.

   İlin son sayında dəyərli oxucularımızı, xalqımızı və xaricdəki soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il bayramı münasibətilə təbrik edir, hər kəsə cansağlığı, könül xoşluğu arzulayırıq.

   Bayramlarınız mübarək!

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.2.