Müslüm Maqomayev gənclərin ifasında

 

   Müsabiqənin qalibləri mükafatlandırılıb

  

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına 26 nömrəli 11 illik musiqi məktəbində “Müslüm Maqomayev gənclərin ifasında” adlı müsabiqə keçirilib. Müsabiqə dünya şöhrətli vokalestrada ifaçısı Müslüm Maqomayevin 75 illiyinə həsr olunub.  

   İdarədən bildirilib ki, müsabiqədə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iki nominasiya (vokalestrada) üzrə bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin əsas şərtlərindən biri dahi Müslüm Maqomayevin repertuarından olan əsərləri səsləndirmək olub. Gənc ifaçılar bunun öhdəsindən məharətlə gəliblər.

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

   Qaliblərə diplomlar verilib. Onların ifasında qala-konsert təqdim olunub. 

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.5.