Regional idarənin müəssisələrində bayram tədbirləri

 

 

   Sumqayıt Regional Mədəniyyət Turizm İdarəsinin tabe müəssisələrində Yeni il 31 DekabrDünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

   Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana-klubda şəhərdəki “Dünya” məktəbinin şagirdləri üçün “açıq qapı günükeçirilib. Uşaqlar kitabxana-klubda fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə, Azərbaycan və alman nağılları əsasında hazırlanmış “Cik-cikin nağılı” və “HanselQretelin nağılları” kukla tamaşasına baxıblar.

   S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsində “Qış nağılı” adlı səhərcik keçirilib. S.Rüstəmov adına Uşaq incəsənət məktəbində şagirdlərin ifasında konsert proqramı təqdim olunub.

   Şuşa şəhər Bülbülcan adına Uşaq musiqi məktəbinin kollektivi isə 1 saylı Sağlamlıq imkanları məhdud usaqlar üçün sosial xidmət müəssisəsində konsert proqramı ilə çıxış edib.

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.5.