Məşhur hind aktyoruna həsr edilən filmin təqdimatı keçirilib

 

 

   Dekabrın 27-də Bakıda telejurnalist Namiq Qurbanın hazırladığı "Dharmendra - Məhəbbət elçisiadlı sənədli bioqrafik filmin təqdimat mərasimi keçirilib.

   47 dəqiqəlik film dünya Hindistan kinosunun veteran aktyoru, "He, man" ləqəbli, dünyada sülh, məhəbbət qardaşlıq carçısı kimi tanınan Dharmendra Deolun həyat yaradıcılığına həsr olunub.

   Azərbaycan dilində hazırlanan ekran əsəri ingilis rus dillərinə tərcümə edilib. Hazırda filmin hind ərəb dillərinə tərcüməsi yekunlaşmaq üzrədir.

   Filmdə xoşbəxtlik üçün məhəbbətin zəruriliyi, bütün insanların bir-birinə doğma olması, dünyanı xilas edəcək insan sevgisi, həyatla, insanlarla düzgün rəftar, zəhmətlə ömrün bərəkətliliyini, faydalılığını artırmağın qaydaları kimi maraqlı mesajlar ötürülür.

   Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana çıxış edərək film haqqında danışıb. Bildirib ki, Dharmendra Deol dünyada çox məşhur olan bir aktyordur. O, həm prodüser, həm siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə ölkənin üçüncü ən yüksək mülki mükafatı olanPadma Bhuşan”a layiq görülüb: “Filmə baxanda çox təəccübləndim. Namiq Qurban onun haqqında çoxlu məlumata sahibdir. O, bunun üçün həm Hindistana gedib”.

   Mədəniyyət Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov deyib ki, Azərbaycan ilə Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunan müxtəlif tədbirlər keçirilir. Bugünkü təqdimat mərasimi onlardan biridir. Filmin müəllifi müəyyən çətinliklərlə qarşılaşsa da, bu işin öhdəsindən ustalıqla gəlib.

   Digər çıxış edənlər film haqqında öz fikirlərini bölüşüblər.

   Filmi ərsəyə gətirən Namiq Qurban bildirib ki, ekran işi klassik sənədli kino estetikasına uyğun hazırlanıb: “55 il ərzində dünyanın böyük kino ekranlarında rəğbətlə seyr edilən, yüz milyonların sevimli cəsur qəhrəmanı Dharmendra Deolun həyat, sevgi, insan, əmək, xoşbəxtlik həmçinin Azərbaycan barədə filmdə səsləndirdiyi fikirlərinin bütün tamaşaçılarda maraq doğuracağına inanıram”.

   Qeyd edək ki, sənədli filmin baş qəhrəmanı Dharmendra DeolDaş və çiçək”, “Sevimli Raca”, “Qisasqanun”, “Cəngəlliklər kralı”, “Əbədi məhəbbət nağılı”, “Əlibaba və qırx quldur”, “Üç muşketyor kimi”, “Samrat” və digər məşhur filmlərdə çəkilib.

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.12.