Oqtay Kazıminin xatirəsinə həsr edilmiş konsert

 

 

   Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazıminin xatirəsi konsert proqramı ilə qeyd olunub.

   Bəstəkarın 85 illiyi münasibətilə keçirilən tədbirdə Oqtay Kazıminin ailə üzvləri, AMK-nın professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, bəstəkarın həyat yoldaşı Fəridə Kazımova çıxış edərək Oqtay Kazımi haqqında xatirələrini bölüşüblər.

   Konsertdə konservatoriya “Tələbə xorunun (bədii rəhbər və dirijor Təranə Yusifova) və digər tələbələrin ifasında sənətkarın əsərləri səsləndirilib, bəstəkarlıq fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

 

Mədəniyyət.- 2017.- 29 dekabr.- S.13.