Gənc Tamaşaçılar Teatrı Rusiyadan rejissor dəvət edib

 

 

 

   Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C.RodarininÇippolinoəsəri əsasında eyniadlı tamaşa hazırlanacaq. Teatrın rəhbərliyi tamaşaya quruluş vermək üçün Rusiyanın Rostov şəhərindəkiMaksimumteatrının bədii rəhbəri, Rostov İncəsənət Məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanovanı Bakıya dəvət edib.

   Rusiyalı rejissorla görüşən direktor Mübariz Həmidov teatrın fəaliyyəti, beynəlxalq əlaqələri haqqında məlumat verib. Y.İvanova hazırlanacaq tamaşanın yaradıcı texniki heyəti, səhnə eskizləri ilə tanış olub.

   Məlumat üçün bildirək ki, hazırda teatrda daha 4 yeni tamaşanın məşq prosesi gedir. Yaxın günlərdə hazırlanan tamaşalardan ikisinin premyerasının keçirilməsi nəzərdə tutulub.

 

Mədəniyyət.- 2017.- 1 fevral.- S.3.