Alov” rəqs qrupu “Kəpəz kubokunda birincilik qazanıb

 

 

 

   Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi yanvarın 28-də Gəncə şəhərində Azərbaycan Gənclər İttifaqının və Azərbaycan Rəqs Assosiasiyasının birgə layihəsi olan “Kəpəz kuboku” müsabiqəsində uğurla təmsil olunub. Məktəbin müəllimi Emil Pənahovun rəhbərliyi altında fəaliyyət göstərən “Alov” rəqs qrupu müsabiqədə dörd nominasiya üzrə birincilik əldə edib. Azərbaycan və müxtəlif xalqların rəqslərini böyük məharətlə nümayiş etdirən şagirdlər münsiflər heyətinin rəğbətini qazanaraq məktəbin aktivinə daha bir uğur imzası yazıblar.

 

Mədəniyyət.- 2017.- 1 fevral.- S.3.