Fortepiano müəllimlərinin açıq dərsləri

 

 

   Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimləri tərəfindən Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin fortepiano müəllimlərinin qrupu üçün açıq dərslər təşkil olunub. Açıq dərsləri yanvarın 27-də müəllimlər Bəhriyyə Allahverdiyeva, Vəfa Əhmədova, ayın 28-də isə müəllimə Cəmilə Mustafina və dərs şöbə müdiri Mənsurə Quliyeva aparıb.

   Dərslər şagirdlərin ifaları ilə müşayiət olunub.

  

Mədəniyyət.- 2017.- 1 fevral.- S.5.